22 minlik paltarla verilişə çıxan azərbaycanlı müğənni

Day.Az представляет новость на азербайджанском языке:

Müğənni Könül Kərimova geyimlərindən bəhs edib.

Axşam.az-ın məlumatına görə, ifaçı "Görüş yeri" verilişində libaslarına çox pul xərcləmədiyini bildirib:

"Geyim seçəndə rahatlığa üstünlük verirəm. Əsas qatıldığım yerdə mən rahat olmalıyam. İdman stilində libaslar az geyinirəm. Paltara çox pul vermirəm. Elə olub ki, dəyəri 22 min olan paltar geyinib, verilişə çıxmışam. Amma mənim şəxsi libasım olmayıb, mağazadan götürmüşəm. Geyinib, qaytarmışam. Yalandan demərəm ki, mən bahalı paltar aldım. Daha çox parçalara üstünlük verirəm. Baha parça alıb, libas tikdirərəm. Həmişə uzun geyinirəm. Əgər düz, arıq ayaqların varsa, qısa geyin. Dəfələrlə məclisdə rastlaşmışam ki, xanımın ayağı nə gündədir, amma qısa geyinib".

K.Kərimova depressiyada olarkən, alış-verişə çıxdığını bildirib:

"Alış-veriş həqiqətən də qadını depressiyadan çıxarır. Elə olub ki, bu gün təyyarəyə minib, Türkiyəyə gedib, alış-veriş edib qayıtmışam".