Azərbaycanlı müğənni atasını itirdi

Day.Az представляет новость на азербайджанском языке:

Tanınmış müğənni Elxan Qaraxanoğlunun atası dünyasını dəyişib.


Bu barədə Axar.az-a məlumatı E.Qaraxanoğlu təsdiqləyib.

Onun sözlərinə görə, 1938-ci il təvəllüdlü atası Qaraxan Şirinov yataq xəstəsi olub. Atasının itkisindən sarsıldığını deyən Qaraxanoğlu ailənin sonbeşiyi olduğu üçün atasına əziz olduğunu deyib: "Ailənin sonbeşiyi kimi atamın həm sevimli "oyuncağı", həm də ən sevimli balası idim. Yoxluğundan sarsılmışam."