Elza Seyidcahanın qızının toyundan VİDEO - FOTO - YENİLƏNİB

Day.Az представляет новость на азербайджанском языке.

----------------
24.08.2015

23:57

Hazırda paytaxt məkanlarının birində əməkdar artist Elza Seyidcahan qızı Gülşənə toy edir. Milli.Az lent.az-a istinadən xəbər verir ki, ifaçının qızı fotoqraf Elxan Əlisatov adlı bəylə nikah masasına əyləşib. Bəylə gəlin məclis keçirilən məkana xüsusi bəzədilmiş avtomobillə gəlib. Cütlük zala daxil olmadan öncə restoranın həyətində nikah mərasimi qeyd edilib. Daha sonra alqışlar və vağzalı sədası ilə zala daxil olan səbəbkarları E.Seyidcahan salamlayıb: "Bu gün mənim üçün çox əlamətdar bir gündür. Gözümün nuru qızım bu gün başqa bir ocağa gəlin köçür. Bu da bir valideyin kimi məni çox sevindirir. Allah hər bir valideyinə bu günü qismət etsin".
 

Onu da əlavə edək ki, gecəyə şou-biznesin bir çox tanınmış simaları müğənnilərdən Nadir Qafarzadə, Nazənin, Roza Zərgərli, Gülay Zeynallı, Niyam Salami, Elnarə Abdullayeva, Günay İbrahimli, Sevda Yahyayeva, Aşıq Zülfiyyə, aktyor Fərda Xudaverdiyev, aktrisa Vəfa Zeynalova, aparıcı Vüsalə Əlizadə, prodüser Təranə Səmədova və başqaları qatılıb. Toyun aparıcı müğənnisi isə Zamiq Hüseynovdur.


-----------
21:20

Bu gün əməkdar artist Elza Seyidcahanın qızı Gülşənin toyudur.

Axşam.az-ın məlumatına görə, şəhər restoranlarından birində baş tutacaq mərasimdə sənət aləminin tanınmış simaları iştirak edəcək.
 

E.Seyidcahan qızı üçün qeyri-adi bir məclis təşkil etdiyini bildirib:

"Bu toyun analoqu yoxdur. Hamı bu məclisdən danışacaq. Bu, mənim növbəti layihəmdir".
 

Qeyd edək ki, Gülşən Elxan Əlisatov adlı fotoqrafla ailə qurur. Avqustun 19-da cütlüyün xına mərasimi olub.




фото

-------------------
25.08.2015
11:24