Azər Axşam telekanal rəhbərlərinə müraciət etdi

Day.Az представляет новость на азербайджанском языке:

Aparıcı Azər Axşam telekanallardan şikayətlənib.

Axşam.az-ın məlumatına görə, o, "Yeri gəlmişkən" verilişində balaca oğlundan danışıb:

"Balaca oğlumun 8 yaşı var. Çox dəcəldir. Hərdən elə suallar verir ki, cavabını mən belə bilmirəm. Məcbur deyirəm ki, böyüyəndə özün öyrənəcəksən. Yaşından böyük sözlər danışır. Bizim vaxtımızda belə suallar düşünmürdük. İnternet, televiziya belə inkişaf etməmişdi. İndi informasiya güclüdür. O vaxtlar gecə saat ona qədər efirdə uşaqların dərk edə bilməyəcəyi verilişlər verilməz, mövzular qoyulmazdı. Əfsuslar olsun ki, günorta uşaq efirə baxır və hər şeyi görür. Evə gəlirsən uşaq sual verir ki, "Ata uşaq necə dünyaya gəlir?". Açıq-saçıq kliplər yayımlanır. Uşaq da oturub baxır. Telekanal rəhbərlərinə müraciət edirəm ki, bunları nəzərə alsınlar. Mən uşağa nəzarət edə bilmərəm, günorta işdə oluram. Uşağa qadağa qoysam da, marağı daha çox artar".

Qeyd edək ki, A.Axşamın ilk evliliyindən Cavidan adlı 18 yaşında bir oğlu da var.