Zaur Baxşəliyev kimə maşın bağışlayacaq?

Day.Az представляет новость на азербайджанском языке:

Ötən il ATV-də yayımlanan "Məni yarımdan soruş" yarışması payızda yenidən efirə gedəcək.

Axşam.az-ın məlumatına görə, bu haqda aparıcı Zaur Baxşəliyev xəbər verib. O, seçim turlarının bu dəfə rayonlarda aparıldığını bildirib:

"Sürpriz, biz yenidən gəlirik. Seçimlərimizi rayonlarda aparacağıq. Rayonda olan və avtomobil qazanmaq istəyən cütlüklər bizə zəng etsin. Biz onların yaşadıqları rayona gedib, seçimi orada edəcəyik".

Qeyd edək ki, "Məni yarımdan soruş" layihəsində evli cütlüklər müxtəlif tapşırıqlar yerinə yetirirlər. Qalib olan uduşa qoyulan avtomobili qazanır.