Soner Sarıkabadayı Bakıya gələsi olmadı Day.Az представляет новость на азербайджанском языке:

Türkiyəli müğənni Soner Sarıkabadayının Bakıda keçirilməsi planlaşdırılan solo konserti təxirə düşüb.

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, tədbirin avqustun 29-da dənizkənarı istirahət mərkəzlərindən birində gerçəkləşməsi nəzərdə tutulurdu.

Konsertin baş tutmamasına səbəb isə bilet satışında yaranan problemlər və təşkilatçılığın aşağı səviyyədə həyata keçirilməsi olub.

Bu barədə S.Sarıkabadayının köməkçisi Sedat Ayrancı da sosial şəbəkədə məlumat verib. O bildirib ki, konsertin təxirə salınması təşkilatçıların fəaliyyəti ilə bağlıdır.

Qeyd edək ki, gecənin təşkilatçısı prodüser Humay Muxtarova idi.