Azərbaycanlı aktyor həyat yoldaşı və qızının qısqanclığına məruz qalıb

Day.Az представляет новость на азербайджанском языке:

"Həyat yoldaşım hədsiz qısqancdır. Teatrda mənimlə çalışan aktrisalarımızı da qısqanır".

Axşam.az-ın məlumatına görə, bu sözləri aktyor Elnur Kərimov "Yeri gəlmişkən" verilişində deyib:

"Ailə həyatı qurmazdan əvvəl dostlarla görüşürdük, normal deyib-gülürdük. Ən böyük arzumuz o idi ki, ailə quraq və xanımımızla birlikdə görüşə gələk. İndi dostlarla hara gediriksə, ailəmiz də yanımızda olur. Onlar artıq bizi qısqanmırlar. Həyat yoldaşımı özümlə tamaşaya aparırdım. Tamaşadan sonra onu aktyorlarla tanış etdim. Mənə inamı yaranıb. İndi mən ona rahatlıqla deyə bilirəm ki, filan aktrisanın otağında oturub çay içirik. Qızım xanımımdan beş qat qısqancdır. 4 yaşı var, zəng edir danışır. Deyir, "Ata yanından qız səsi gəlir. Telefonu ver görüm kimdir". Hətta telefonum onun əlində olanda zəng gəlirsə, özü cavab verir".