Azərbaycanlı aktyorun məzarlıqdakı selfisi söz-söhbətə səbəb oldu - FOTO

Day.Az представляет новость на азербайджанском языке:

Aparıcı-aktyor Sərxan Kərəmoğlunun sosial şəbəkədə paylaşdığı bir fotosu söz-söhbətə səbəb olub.

Axşam.az-ın məlumatına görə, aktyor məzarlıqda selfi çəkdirib. O, şəklə "Rəhmətliklə son selfi. Vəsiyyət etmişdi neyləyim?" sözlərini yazıb.

Bu addımına görə hər kəs onu qınayıb. S.Kərəmoğlunun sözügedən fotosu forumlarda paylaşılaraq, tənqid olunub.

Qeyd edək ki, aparıcı şəkli uzun müddət əvvəl paylaşsa da, sosial şəbəkələrdə ötən gündən müzakirəyə qoyulub.

Şəkilləri böyütmək üçün klikləyin: