Röya xəstəxanada Hacı Nuranla elə bir zarafat etdi ki... - VİDEO

Day.Az представляет новость на азербайджанском языке:

Almaniyada "Uniklinika"da yenidən müalicəyə başlayan teleaparıcı Hacı Nuran Hüseynov ziyarətinə gedən müğənni Röya Ayxanla videosunu paylaşıb.

Axşam.az-ın məlumatına görə, sənətçi aparıcıya konsert vəd edib:

"Bu yay müalicə aldığı üçün mənim tədbirimə gələ bilmədi. Gələn il Hacı Nurana gözəl konsert verəcəm. Lazım gəlsə, evimi, maşınımı, ayaqqabılarımı da satacam ki, o bahalı gecəni edim. Təki Hacı Nuran sağalıb, Bakıya qayıtsın".

Qeyd edək ki, H.Nuran bir neçə gün əvvəl səhhətinin daha da pisləşdiyini bildirmişdi: "Neçə gündür ki, özümü çox pis hiss edirəm. Gecə-gündüz həkimlər başımın üstündədir, xəstəlik günü-gündən irəliləyir. Halım çox dəyişib, müalicə olunmağa və ağır kimyaterapiyalara dözməyə taqətim qalmayıb. Hələ qabaqda ağır transplantasiya var. Dünən burada dostlarımla vidalaşdım".

Xatırladaq ki, H.Nuran xərçəngdən əziyyət çəkir. Uzun müddət Almaniyada müalicə alan aparıcı fevralda Bakıya qayıtmışdı. Ötən ay Almaniyaya müayinəyə gedən Nuranın xəstəliyinin irəlilədiyi bəlli olub. 

Videonu izləmək üçün klikləyin:


фото