Ərinin ölümünü piara çevirməkdə günahlandırıldı - FOTO

Day.Az представляет новость на азербайджанском языке:

"İşte benim stilim" dəb yarışmasının qalmaqallı iştirakçısı Nazlı Hamarat Ukraynada öldürülən həyat yoldaşı Cevdet Emir Şaşmazın məzarı üstündən foto paylaşıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, əvvəl ərinin ölüm xəbərini İnstaqramda yazma forması və dayanmadan izləyicilərinin təkliflərini qəbul etməsi ilə təəccübləndirən Nazlı bu dəfə də yazdıqları ilə tənqid obyekti oldu.

Emirin məzarı önündə çəkdirdiyi fotonu paylaşan N.Hamarat yazıb:

"Sənsiz 7 gün daha keçdi. Keçmir acım, zaman keçdikdə yaram böyüyür. Çünki sənin üçün hər keçən gün daha çox darıxıram. 6 ildə 15 gündən çox ayrı qalmamışdıq. Bu gün sənsizliyimin 23-cü günü və səni torpağa verməyimin 7-cü günüdür. Ümid edirəm rahatsan. Həyat yoldaşım, mərhum Cevdet Şaşmazın yad edilməsi üçün bu gün Levent Mərkəz Məscidində ərimin 7-sini verirəm. Bütün dostlarımızı gözləyirəm".

İstifadəçilərin bəzisi Hamaratı qeyri-səmimi olmaqda günahlandırıblar. 

Şəkli böyütmək üçün klikləyin: