Günay İbrahimlidən həmkarlarına işarə: "Bu yay heç kimin mahnısı tutmadı"

Day.Az представляет новость на азербайджанском языке:

Müğənni Günay İbrahimli şəxsi həyatından danışıb.

"Qafqazinfo"nun məlumatına görə, "ATV maqazin" verilişinə açıqlamasında müğənni sevgilisi olduğunu etiraf edib: "İnşallah, toy olsa, mətbuata xəbər verəcəm. Hər şey çox gözəldi, həyat yaşamağı bilənə gözəldi. İnsan həyatı özü qurur. Hazırda dünyanın xoşbəxti mənəm".
 

Müğənni bu yay işıq üzü görən mahnıları bəyənmədiyini də qeyd edib: "Bu yay heç bir mahnı tutmadı. Bir tamaşaçı kimi partlayan mahnı görmədim. Demet Akalın, Gülşən, Edisin mahnıları bu yay hit oldu. Mən qalmaqal axtarmıram, ona görə də ad çəkmirəm. Olanları deyirəm".