Gülay Zeynallı pal-paltarını satmağa hazırlaşır

Day.Az представляет новость на азербайджанском языке:

Müğənni Gülay Zeynallı xeyriyyə məqsədi ilə satışa çıxardığı geyimlərinin aqibətindən danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi "Star life" verilişində bu aksiyanı davam etdirəcəyini bildirib:

"Sosial şəbəkəyə yerləşdirilən geyimlərin hamısı satılıb. Amma insanların tələbatı var. Maraq böyük oldu. Hazırda başım klip çəkilişinə qatışıb. İşlərim bitdikdən sonra yenidən xeyriyyə aksiyası ilə məşğul olacam və başqa geyimlər satışa çıxaracam".