Elza keçmiş əri barədə: "Mənim borcum idi ki..."

Day.Az представляет новость на азербайджанском языке.

Əməkdar artist Elza Seyidcahan qızı Gülşənin toy mərasiminə keçmiş həyat yoldaşı, övladının atası Elşəni də dəvət edib.

Axşam.az-ın məlumatına görə, müğənni "Star life"a açıqlamasında bunu özünə borc bildiyini deyib: "Övladımın atasıdır. Məclisdə ancaq qohumlar, bizə yaxın olan insanlar iştirak edib. Mənim borcum idi ki, qızımın xoş günündə atasını da çağırım. Gəldi, xeyir-dua verdi. Allah onun canını sağ etsin".