Ruhəngiz Musəvi gözəllik sirrini açdı

Day.Az представляет новость на азербайджанском языке.


Xalq artisti Ruhəngiz Musəvi tədbirlərin birində fotokameramıza tuş gəlib. Milli.Az xəbər verir ki, illər keçdikcə daha da cavanlaşan xanım sənətçi gözəl qalmağının sirlərindən publika.az-a danışıb:
 

"Məni kim görürsə, hamısı deyir ki, heç qocalmırsan. Hətta cavan qalmağımın sirlərini də soruşurlar. Əslində, xüsusi gözəllik sirrim də yoxdur. Elə bilirlər plastik əməliyyat keçirmişəm, xeyr, nəyim var özümündür. Əgər əməliyyat etdirsəydim, bunu heç danmazdım da. Mənə elə gəlir ki, hər bir qadın daxilən çirkin olmamalıdır. Gərək paxıl, "qurdlu" olmayasan, onda gözəl qalacaqsan. Əks halda, için pas atacaq, idbar görünəcəksən və vaxtından əvvəl qocalacaqsan".