Röya Ayxan ATVdən üzr istədi

Day.Az представляет новость на азербайджанском языке:

Müğənni Röya Ayxan bir neçə ay əvvəl "Gündəlik" verilişində qonaq olarkən itridiyi üzüyünü tapıb.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda "Onlar"a açıqlamasında deyib:

"Üzüyümü tapmışam. Paltarı qoyduğum çexolun içinə düşüb. O, paltarları da bağa aparmışdılar. Bu yaxınlarda çexolu evə gətiriblər, içindən düşüb. ATV-ni çox incitdim, məni bağışlasınlar".

R.Ayxan türkiyəli ifaçı Sezen Aksudan bəstə alacağını deyib: "Sezen Aksuya müraciət etmişik, artıq məndən xəbəri var. Stilinə baxacayıq. İnanıram ki, yaxşı düşünəcək, uyğun mahnı yazacaq".

İmicini dəyişən R.Ayxan "Bu il saçımı dəyişdim. Artıq rəngini tündləşdirirəm. Saç ustam illərlə Zülfiyyə Xanbabayeva ilə çalışıb. Onun bütün saç kəsimlərinin müəllifidir" deyə, bildirib.

Müğənni rəqiblərindən də söz açıb: "Sənətdə rəqib hər zaman var. Həmişə də qorxuram. Hər şey - zaman, musiqi dəyişir. Bir gün elə bir qız çıxar, səsi olmaz, amma elə mövzuda oxuyar ki, səni batırar. Gərək elə oxuyasan, yolunu tutasan ki, başqası olsa da səni unutmasınlar".