Röya və Rəhim 8 aydır küsülü imiş - SƏBƏB

Day.Az представляет новость на азербайджанском языке:

Müğənni-bəstəkar Rəhim Rəhimli həmkarı Röya Ayxanla küsməklərinin səbəbini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, ifaçı "Onlar"a açıqlamasında 8 aydır danışmadıqlarını etiraf edib:

"Küsülülüyün qısa sürəcəyini bilirdim. Konsertdə bunu etiraf edəndə hamı təəccüblənmişdi. Heç kim bilmirdi ki, biz küsülüyük. 8 ay danışmadıq. Yanvarın 13-də baş vermişdi. Tədbirlərin birində bir-birimizi görməmişdik. Qısqanclıqdan və kiçik səbəbdən partlamış narazıçılıq idi".
 

Qeyd edək ki, tanınmışların küsülü olduğunu R.Ayxan "Yaşıl Teatr"dakı solo konsertində etiraf etmişdi. O, R.Rəhimlinin "Canımı sıxırdın" mahnısını səsləndirərkən, "Mahnıdan xoşum gəlir, amma Rəhimdən zəhləm gedir" deyə, bildirmişdi. R.Rəhimli isə konsertə gələrək, barışıq əlini uzatmışdı.