Faiq Ağayev tələbəsini şou-biznesə gətirir - VİDEO - FOTOLAR

Day.Az представляет новость на азербайджанском языке:


Xalq artisti Faiq Ağayev yaradıcılıq işlərindən söz açıb. 


Day.Az-a açıqlama verən xalq artisti bildirib ki, istirahət mövsümü olsa da dincəlməyib: "Bu yay istirahət edə bilmədim, heç dənizə getməmişəm. Bunun əvəzində isə yeni mahnılar yazdırmışam. Çox az bir zaman ərzində bəstəkar Fərid Kərimlinin bir mahnısını ifa edəcəm. Oxuyacağım mahnının adını isə hələ açıqlamaq istəmirəm. Bu çalışmada ən böyük sirr mahnının adındadır. Yazı tam hazır olduqdan sonra adını açıqlayacam".
 

F.Ağayev daha sonra pedaqoqluq fəaliyyətindən danışaraq bildirib ki, Tural Vəlizadə adlı gənc tələbəsini şou-biznesdə yeni addımlarını atır: "Bir neçə tələbələrim var. Onlardan biri Tural Vəlizadə artıq şou-biznesdə öz sözünü deməyə çalışacaq. Artıq yeni mahnılar ifa edib, "Gözüm yoldadır" adlı mahnısına isə klip çəkdirib. Klipə baxandan sonra bəyəndim, xeyir-duamı verdim. Turalla ilk tanışlığım "Space" telekanalında yayımlanan və mənim münsif olduğum "Sehrli pərdə" müsabiqəsində olub. O, ümumiyyətlə zəmanə adamı deyil. Çox tərbiyəli və kübar xarakterə malikdir. Bundan başqa bir ifaçı kimi səhnədə oxuduğuna diqqət edən, məlahətli səsli birisidir. Adətən yeni mahnılar yazdıran zaman mənlə məsləhətləşir. Bir müəllim kimi tələbəmin uğurlarını görmək məni sevindirir. Tural şou-biznesdə elə bir seqmentə, xanəyə daxil olmağa can atır ki, o yer şou aləmində dolu deyil. Onun üslubunda Azərbaycanda o qədər də ifaçı yoxdur. Tələbəm düzgün yol seçsə, uğur qazanacaq. Mən də onun müəllimi olaraq şou-biznesdə ona dəstək olacam. Tələbələrimə görə, daim məsuliyyət daşıyıram". 

Böyütmək üçün şəkillərə klikləyin.





Videonu və şəkilləri  izləmək üçün klikləyin:


фото