Nadir Qafarzadə: "Uzaqlaşdıracam, gedib balama qarğış edəcək"

Day.Az представляет новость на азербайджанском языке:

"Azərbaycanın səsi" yarışmasında münsif olan Elton Hüseynəliyevin verilişin sonuncu buraxılışına qatılmaması həmkarı Nadir Qafarzadəni özündən çıxarıb.
 

Axşam.az-ın məlumatına görə, qaydalara uyğun olaraq E.Hüseynəliyevin tələbələrini müsabiqədən uzaqlaşdırmaq digər münsiflərə həvalə olunub.

Əsəbləşən N.Qafarzadə bu öhdəliyi üzərinə götürməyəcəyini bildirib:
 

"Heç kimi öhdəmə götürmürəm. Mən qarğış yiyəsi olmaq istəmirəm. Güc-bəla ilə iki bala böyüdürəm, imkan vermərəm ki, onlara qarğış etsinlər. Kimi ulduz olacaq, kimi də pul qazanacaq ortada mən pis olacam?
 

Nəyimə lazımdır... Mən öz tələbələrimə cavabdehəm. Kimisə uzaqlaşdıracam, gedib mənə, balama qarğış edəcək".