Azərbaycanlı müğənni 48 yaşında ali məktəbə daxil oldu Day.Az представляет новость на азербайджанском языке:

Uzun müddətdir gündəmdən uzaqlaşan müğənni İlqar Xəyaldan yeni xəbər var.

Axşam.az-a açıqlama verən ifaçı universitetə daxil olduğunu bildirib:

"48 yaşım var. Artıq üçüncü təhsilimi alıram. Bu il İncəsənət Universitetinin "Estrada tədris" fakültəsinə daxil oldum. Pedoqoji fəaliyyətə başlamaq istəyirəm. Ona görə də bu təhsil mənə lazım idi. Beş il tələbə olacam".