Nüşabə Ələsgərli onlara "yox" dedi

Day.Az представляет новость на азербайджанском языке:

Əməkdar artist Nüşabə Ələsgərli konsert verməkdən imtina edib.

Bu haqda Axşam.az-a müğənni özü deyib. O, təşkilatçıların təklifinə "yox" deməsinin səbəbini açıqlayıb:

"Konsert sentyabrın 22-də və 23-də olacaqdı. Vaxt az idi. Mən başdansovdu edə bilməzdim. Gözəl, səviyyəli konsertə hazırlaşmaq üçün 2 ay vaxt lazımdır. Tamaşaçı qarşısında necə gəldi oxuya bilmərəm".

N.Ələsgərli konsertlərdəki bilet satışlarından da söz açıb:

"İndi konsertlərdə biletlərin 80 faizi dəvətnamə şəklində paylanılır. 20 faizi isə satılır. Biletlərin yaxşı satılması üçün yüksək səviyyədə reklam lazımdır. Bir də gərək müğənni tamaşaçıya özünü sevdirməyi bacarsın".

Yay istirahətindən danışan N.Ələsgərli bu il Antalyada dincəldiyini deyib:

"Ötən il istirahət edə bilməmişdim. Amma bu il yaxşı gəzdim, dincəldim. Ailəmlə birlikdə əvvəlcə Antalyaya getdik, daha sonra isə Azərbaycanın bölgələrinə yollandıq".