Nisə Qasımova və Elton canlı yayımda dalaşdılar

Day.Az представляет новость на азербайджанском языке:

"Azad Azərbaycan" telekanalında yayımlanan "Azərbaycanın səsi" müsabiqəsinin canlı efirində gərgin anlar yaşanıb.

Lent.az-ın məlumatına görə, verilişin münsiflər kürsüsündə əyləşən xalq artisti Nisə Qasımova ilə müğənni Elton Hüseynəliyev arasında anlaşılmazıq olub. Belə ki, proqram zamanı E.Hüseynəliyev N.Qasımovanın tələbəsinin çıxışını "biabırçılıq" adlandırıb. Daha sonra digər münsiflərin tələbələrini izləyən xalq artisti "Bu biabırçı ifadır, yoxsa mənim tələbələrim?" sözünü deyib. Elton isə xalq artistinin sözünü yarımçıq kəsib: "Sizin türk tələbəniz Davudu mən ifaçı saymıram. Nisə xanım, janr başqa şeydir, stil başqa şey. Janrın məktəbi var. Mən İncəsənət universitetində təhsil almışam və estrada janrını mənimsəmişəm. Davudun bir stili var, səsini əsdirərək oxuyur. Günayı bir çox müsabiqələrə göndərmək olar. Amma inciməyin, Davudu oxuyan saymıram, Davudun oxuması biabırçılıqdır. Stil ayrı şeydir. Bu gün Azərbaycanda Ədalət Şükürovun, Üzeyir Mehdizadənin stili var. Stili ilə tanınanı kütlə qəbul edir. Amma janrla oxuyanı hər adamı qəbul etmir. Teymur Əmrahın janrı var, onu hər adam sevmir, musiqini başa düşən adam sevir".

Daha sonra Eltona əsəbiləşən xalq artisti "Bağışlayın, Elton müəllim, siz danışın, biz susaq, sən o ifaçılara söz deyib, özünə bəraət qazandırma. Biabırçı sənin tələbələrin idi, deton başqa şeydir, sənin tələbələrin altı kilometr aşağı getdi" sözlərini əlavə edib. Onların mübahisələrinin arasına aparıcı Afaq Gəncəli keçib. Bundan sonra isə tərəflər sakitləşib.