Fərda Xudaverdiyev və Pərvin Abıyevanın sevgi hekayəti - VİDEO

Day.Az представляет новость на азербайджанском языке:

Rejissor Kənan M.M "Gecə qonağı" adlı filmini təqdim etməyə hazırlaşır.

Axşam.az-ın məlumatına görə, sentyabrın 24-də tamaşaçıların ixtiyarına veriləcək ekran işinə ilk baxış keçirilib. Tədbirə rejissorun özü və az sayda insan qatılıb.

"Gecə qonağı" adlanan film İlqar Fəhminin ssenarisi əsasında çəkilib. İ.Fəhmi bundan əvvəl "Sirat körpüsü", "Ölüm növbəsi", "Aktrisa" və başqa filmləri ilə Azərbaycan kinosuna adını yazdırmağı bacarıb.
Onun "Vampir" romanı əsasında çəkilən bu filmdə izləyicilərin yaddaşında qalacaq bir çox maraqlı məqamlar var.

Onlardan birincisi illərdir yumor ustası kimi tanıdığımız Fərda Xudaverdiyevin dramatik rolda çəkilməsi idi.
Kənan M.M-in sayca ikinci filmi olan "Gecə qonağı"nda kiçik nüansları çıxmaq şərti ilə filmdə gözə çarpacaq kobud bir səhv və qeyri-peşəkarlığa rast gəlinmir. Çatışmazlıqlar isə obrazların arasındakı bəzi dialoqların zəif olmasıdır...

"Gecə qonağı" rəssam Camalın (Fərda Xudaverdiyev) evinə təsadüfən gətirilən "bar qızı" Zaradır. Zara və yaxud Zərifə (Pərvin Abıyeva) - pul qazanmaq və yaşamaq üçün hər şeyi riskə atan, ailəsindən uzaqda özü kimi "bar qızları" ilə gününü keçirən, hətta mafiya işlərinə qarışan yoxsul təbəqənin üzvüdür. Finala qədər onun işıq, yoxsa qaranlığın arxasıyca gedəcəyi naməlum qalır...

Camal - Zaranın diliylə desək, "mama uşağı", tanınmağa deyil, sənətə meyl edən, işini ciddi şəkildə görməyə çalışan rəssamdır. Reallığı qəbul etməyəcək dərəcədə qorxaq obrazdı. Fərda filmdə indiyə qədər haqqında yaratdığı "üzünə baxanda gülmək tutur" fikrini dağıtmaq üçün ilk addımları atıb.

Kənan M.M.-də filmdə əsas rollardan birini canlandırıb. Ədalət və yaxud Ədiş - filmdə az görünsə də, Camalla Zaranın "tanışlığına" səbəb olan biridir. Ən vacib anlarda ortalığa çıxır, gedişatı dəyişdirir... Camalın nişanlısı rolunu Kəmalə Piriyeva canlandırıb. Sona qədər baş verənlərə hansı reaksiyanı verəcəyini təxmin etmək mümkünd eyil. Özündən razı, "ərə getmək üçün" nişanlısını hər şeyi ilə sevən, amma həm də onun iplərini əlində tutmağı sevən qadın...

Filmin bəstəkarı Nailə Mirməmmədlidir. Yerində səslənən melodiyalar dramatikliyi daha da artırır. Epizodlardan birində isə mərhum reper Hüseyn Dəryanın ifası da səsləndirilir. Filmin sonu isə tamamilə gözlənilməz bir mahnı ilə bitir. Rejissor yetərincə məşhur olan bir mahnını filmin "soundtreki" seçib.

Videonu izləmək üçün klikləyin:

 

фото