Beren Saatdan hamiləlik iddiasına cavab gəldi - FOTO

Day.Az представляет новость на азербайджанском языке:

Aktrisa Beren Saat son zamanlar barəsində yayılan şayiələr haqqında danışıb.
 

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, həyat yoldaşı ilə birgə səsləndirdiyi "Minyonlar" cizgi filminin qala gecəsinə qatılan aktrisa hamiləliyi haqqında belə deyib:
 

"Biz haqqımızda çıxan xəbərlərə reaksiya verməmiş yayılır. Hamiləlik xəbərləri yayıldı, amma həqiqətə uyğun deyil".
 

B.Saat qayınanası ilə münasibətlərinin pozulması barədə xəbərlərə də reaksiya verib:
 

"Sosial şəbəkədə dostluqdan çıxarıbmışam, izləməni dayandırıbmışam... Bunlar hamısı yalan xəbərdir. İnsan münasibətləri mediada belə olmamalıdır".
 

Cütlük Bodrumdakı istirahət zamanı paparassilər onları rahat buraxmadığı üçün doyunca günəş vannası qəbul etmədiklərini deyib:
 

"Nə edə bilərik. Bizim işimizin mənfi tərəfi də budur..." 

Şəkli böyütmək üçün klikləyin: