Aparıcı Tunay Azərbaycandan gedir - FOTOLAR

Day.Az представляет новость на азербайджанском языке:


Tanınmış azərbaycanlı aktrisa, model Tunay Əliyeva Vətəni tərk edir.
 

ATV.az-a eksklüziv açıqlama verən Tunay tezliklə İstanbula yollanacağını deyib:
 

"Bir neçə günə İstanbula gedirəm. Çox möhtəşəm layihədə baş rol təklif ediblər. Bu barədə çoxdan danışırdıq, artıq qərara gəldik ki, gedim. İki təklif var, biri film, digəri isə serial çəkilişi ilə bağlıdır. Ancaq filmdə çəkilmə təklifi bilmirəm qəbul edəcəyəm, yoxsa yox. Çünki film fərqli janrda çəkiləcək. Gedim baxım, yaxından tanış olum. Oskara və Kana təqdim olunacaq bir filmdi, tanınmış rejissor çəkəcək. Əgər alınsa sizə açıqlama verəcəyəm". 

Şəkilləri böyütmək üçün klikləyin: