Kənan evlənir: "Nikahın tezliklə olmasını istəyirəm"

Day.Az представляет новость на азербайджанском языке.

10 aydır birlikdə olan aktyor Kənan İmirzalıoğlu ilə aktrisa Sinem Kobal ailələrini tanış ediblər. 

Axşam.az "Hürriyet"ə istinadən xəbər verir ki, sentyabrda evlənməyə qərar verən cütlük artıq ilk addımı atıb. Kənanın valideynləri Sinemin evində onun ailəsi ilə şam ediblər. 

Cütlüyə yaxın mənbə bu tanışlığın əslində elçilik olduğunu bildirib. Kənan qohumlarına: "Ailələrimiz çox yaxşı təəssüratla ayrıldılar. Nikahın tezliklə olmasını istəyirəm. Çünki Sinemi çox sevirəm", - deyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.