Tanınmış cütlük ilk dəfə əl-ələ

Day.Az представляет новость на азербайджанском языке.

"Poyraz Karayel" serialında tanış olub münasibətə başlayan tanınmış cütlük Burçin Terzioğlu ilə İlker Kaleli ilk dəfə əl-ələ görüntüləniblər. 

Axşam.az "Hürriyet"ə istinadən xəbər verir ki, əvvəllər münasibətlərini inkar edən cütlük artıq sevgili olduqlarını gizlətmir. Burçinlə İlker İstanbulda əl-ələ gəzərkən paparassilərin hədəfində olublar. Sevgililər jurnalistlərdən qaçmayaraq sərbəst davranıblar. 

Qeyd edək ki, daha əvvəl motosikletdə kameralara tuş gələn cütlük qaçmağa çalışarkən digər nəqliyyat vasitələrinə təhlükə yaratmışdılar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.