Ebru Gündeş boşanır?

Day.Az представляет новость на азербайджанском языке.

Müğənni Ebru Gündeşlə cənubi azərbaycanlı iş adamı Rza Zərrabın boşanma ərəfəsində olduqları ilə bağlı xəbərə münasibət bildirilib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ebrunun Rzadan boşanmaq istədiyi, lakin qızına görə illərdir bu addımı ata bilmədiyi deyilirdi. 

Üstəlik, cütlüyün arasında narazılığın yaranma səbəblərindən biri kimi ifaçının həddindən artıq pul xərcləməsi də göstərilirdi. Bu səbəbdən Ebrunun son zamanlar konsertlərə özəl yox, adi təyyarələrlə yollandığı söylənilirdi. 

E.Gündeşin yaxınlarından biri məsələyə aydınlıq gətirib. O, Ebrunun Rzadan boşanmaq istəməsi haqda iddiaların doğru olmadığını deyib. Təyyarə məsələsinə də münasibət bildirən mənbə sənətçinin çox zaman sərfəli uçuşlara üstünlük verdiyini söyləyib. O, cütlüyün ailə həyatında heç bir problemin olmadığını qeyd edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.