Aktrisa müalicə alan qızı haqda danışdı

Day.Az представляет новость на азербайджанском языке.

Aktrisa Ceyda Düvenci "Elle Kids" jurnalına doğulandan bir gün sonra beyin qanaması keçirən qızı haqqında danışıb.

Axşam.az-ın məlumatına görə, aktrisa uzun müddət özünə "Niyə mən, niyə mənim övladım" sualını verdiyini etiraf edib:

"Amma sonra dedim ki, onun üçün heç kimə möhtacı olmayacaq bir həyat hazırlamalıyam. Birlikdə mübarizəyə başladıq. Söz verdim ki, yorulmaq, bezmək olmayacaq. Qızım 5 aylıq olduğu vaxtdan müalicəyə başladıq. Uzun fizioterapiyadan sonra Melisa yeriməyə başladı. O, xoşbəxt, çevik, ağıllı idi... Amma mən nəyinsə əskikliyini yaşayırdım. Ona görə müalicəni San-Fransiskoda davam etdirdim. Həmin dönəmdə qızım çox yaxşı olmağa başladı. Bir ay sonra həkimdən necə olacağını soruşdum. Mənə "Heç bir şey etməyin, həyat ən böyük terapiyadır. Həyata qarışın, küçədə, parkda vaxt keçirin. İmkan verin, qızınız uşaqlığını yaşasın. Müalicəyə davam edin, amma məktəbə daha çox getsin" dedikdən sonra baş verənlərə bir qədər fərqli yanaşdım".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.