Bakıda eyni rəngli bahalı maşın sahibi olan bacılar

Day.Az представляет новость на азербайджанском языке.

Bakının Heydər Əliyev prospektində Nazpəri Dostəliyevanın bacısı Zeynəb Dostəliyevanın "Ford" avtomobilinin "Ferrari" ilə toqquşması nəticəsində baş vermiş qəza ilə bağlı bəzi təfərrüatlar əldə etmişik. Həmin qəzada Z.Dostəliyevaya məxsus 10 SV 773 dövlət nömrə nişanlı "Ford" xanım sürücünün idarə etdiyi "Ferrari" markalı avtomobillə toqquşmuşdu.

Qəzaya səbəb olan 10 SN 009 nömrəli "Ferrari"nin xanım sürücüsünün kimliyi açıqlanmasa da, criminal.az-a onun bacısı ilə bağlı maraqlı məlumat daxil olub. Onun bacısı da eyni rəngdə Porsche markalı avtomobil idarə edir. Onun avtomobilinin dövlət nömrə nişanları da oxşardır, yeganə fərq seriyasındadır: 10 - 009.

Qızların atasının isə tanınmış biznesmen olduğu deyilir.

Qeyd edək ki, mətbuatda Z.Dostəliyevanın "Ferrari"nin sürücüsündən yeni maşın tələb etdiyi deyilsə də, müğənni bunu təkzib edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.