Xalq artistlərinin iki adı varmış

Day.Az представляет новость на азербайджанском языке.

Xalq artisti Gülyaz Məmmədova "Yeri gəlmişkən" verilişinin qonağı olub. 

Axşam.az-ın məlumatına görə, müğənni öz və xalq artisti, bacısı Gülyanaq Məmmədovanın ikinci adının olduğunu etiraf edib:

"Doğulanda adımı Yazgül qoyublar. Bir gün kənddən başqa kişi atamın yanına gəlib ki, "Yazgül mənim qızımın adıdır, dəyiş". Atamda deyib ki, onda Gülyaz olsun. Gülyanaqda isə nənəm kağıza Elnaz yazıb, sinəsinə qoyub. Gülyanaq doğulanda axtarıb kağızı ki, adı desin, tapmayıb.

Görüblər yanaqları qırmızıdır, Gülyanaq qoyublar. Sonradan kağız tapılıb, amma dəyişməyiblər. Şəkidə adətdir, hamının iki adı olur. Kəndimizdə çox maraqlı adlar var idi: Kalxoz, Dolmaxala, Almaxala".

Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.