Rəqsanəni "ağlatdılar"

Day.Az представляет новость на азербайджанском языке.

Müğənni Rəqsanəkeçmişini xatırlayaraq ağlayıb.

Publika.az xəbər verir ki, hazırda Rusiyada olan ifaçı "Berezovka" stansiyasından qatara minib. Bu isə ona uşaqlığını xatırladıb. Xatirələr isə onu göz yaşlarına qərq edib. Bu haqda ifaçı sosial şəbəkədə yazıb: "Neçə illərdi ki, qatara minmirdim. İndi isə mindim və yol gedirəm. Çox kövrəldim. Bütün uşaqlığım yadıma düşdü. Ağladım. İnanırsınız, çox pis oldum. Ömür çox qısadır. Mehriban olmaq lazımdır. Allah hər kəsə uzun ömür versin".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.