İnəklər məşhur teleaparıcının avtomobilini əzdilər

Day.Az представляет новость на азербайджанском языке.

Xəzər TV-nin "Ənənə boxçası" proqramının aparıcısı Leyla Mustafayeva avtomobil qəzasına düşüb. 

Milli.Az xəbər verir ki, bu barədə aparıcı Leyla Mustafayeva öz Facebook səhifəsində məlumat verib. 

Oğuz-Qəbələ yolunda oturub yol polislərini gözlədiklərini deyən sürücü xanımın sözlərinə görə, yolun kənarında döyüşən danalar özlərini yola atıblar. Nəticədə avtomobillə toqquşaraq onu əziblər. 

Hadisə nəticəsində teleaparıcının özü ciddi xəsarət almayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.