İlhamə Quliyeva vəsiyyət etdi

Day.Az представляет новость на азербайджанском языке.

Xalq artisti İlhamə Quliyeva vəsiyyət edib.

Axşam.az-ın xəbərinə görə, müğənni "Onlar" verilişinə açıqlamasında öləndən sonra onu qoz ağacından hazırlanan tabutda dəfn etmələrini istəyib: "Bir arzum var, mən vəfat edəndə qoz ağacından tabut düzəltsinlər. İçərisini tüllə bəzəsinlər, məni ora qoysunlar. Qurd-quşdan qorxuram. Yaxınlarım, hamı qulaqlarını açıb vəsiyyətimi yaxşı eşitsin. Biz hamımız bu torpaqda qonağıq. Həyatın dəyişməsi gözlə-qaş arasındadır. Bizim nə qədər sənətkarımız son vaxtlar dünyasını dəyişdi".
 
İ.Quliyeva plastik əməliyyat etdirəcəyini də bildirib: "İki ayağımdan üç dəfə əməliyyat keçirdim. İndi özümü super hiss edirəm. 4 ay Bakıda olmadım, efirlərə çıxmadım. Yaşa dolduqca insan kifirləşir. Amma mən yaşlandıqca lap yaxşı oluram, özümdən xoşum gəlir. Hətta deyirəm ki, mənim 35 yaşım var. Xanım 40-dan sonra təravətlənir. Əməliyyat etdirməmişəm, amma etdirəcəyəm. Piylərimi götüzdürəcəyəm".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz. 

Videonu izləmək üçün şəkilə klikləyin.

фото