Aygün Kazımovadan mistik

Day.Az представляет новость на азербайджанском языке.

Xalq artisti Aygün Kazımova İnstagram izləyicilərini çaşqın vəziyyətə salıb. Ötən gündən indiyə qədər paylaşdığı iki şəkil müğənninin pərəstişkarları arasında müzakirə mövzusuna çevrilib. 

ANS PRESS-in məlumatına görə, izləyicilər Aygün Kazımovanın "İnstagram" səhifəsində paylaşdığı mavi fondakı ağ cızıq haqqında müxtəlif fikirlər irəli sürüblər. Bəziləri həmin cızığı 1 rəqəminə, bəziləri "İ" hərfinə, bəziləri isə sadəcə anlamsız bir xəttə bənzədiblər.

Bu gün isə müğənni eyni rəngli fonda başqa bir ağ işarə şəklini paylaşıb. Elə bu işarə də müxtəlif cür yozulub. Xalq artistinin izləyiciləri bu cızığı 2 rəqəminə və ya "L" hərfinə bənzədiblər. Bəziləri hətta öncəgörənlik edib, sabah müğənninin nə paylaşacağını da iddia edib.

Belə ki, Aygün Kazımovanın "İlqarə", "I love you" və ya "1, 2, 3" yazmaq istədiyi söylənilir. Müğənni isə paylaşdığı şəkillərə yazılan rəylərə heç bir münasibət bildirməyib. İstənilən halda, bu şəkillərin bir-biri ilə əlaqəli olması və hansısa məqsəd daşıdığı aydındır.



Aygün Kazımovanın "İnstaqram"da paylaşdığı şəkil

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.