Küsülü meyxanaçılar toyda barışdılar

Day.Az представляет новость на азербайджанском языке.

Küsülü olduğu deyilən meyxanaçılar Namiq Qaraçuxurlu və Vüqar Əbdülov barışıblar. Dünən Vüqar Namiqin baş tutan kişi toyunda iştirak edib.

Bunun onların ikinci barışığı olduğu deyilir.

Gecce.az-ın xəbərinə görə, bu barədə "A-dan Z-yə" verilişinin İnstagram səhifəsində qeyd edilib:

"Çox şad oldum Namiq bəyin toyunda Vüqar bəyi görməyimə. İllər əvvəl onların arası dəymişdi. Doğrudan da alqışlayaq Namiq və Vüqar bəyi... 

Xatırladaq ki, bir neçə il əvvəl onları məclislərin birində barışdırsalar da, araları yenə də sərin idi".

Qeyd edək ki, ötən gün Namiqin toyunda verilişin aparıcısı Zaur Nəbioğlu da iştirak edib. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.