Müğənni: "Afaqın səsini, fəryadını eşitdim"

Day.Az представляет новость на азербайджанском языке

Müğənni Elnur Məmmədov dünən 12 yaşlı oğlunu itirən teleaparıcı Afaq Gəncəliyə başsağlığı verib.

Ölkə.az-ın məlumatına görə, sənətçi bu barədə sosial şəbəkədə belə yazıb: "Gözəl Qədirxanım, ağıllı Qədirxanım, sən hazırda cənnətdəsən. Gülərüz balam, Allah anana səbr versin. Həyatımda ilk dəfədir ki, yuxudan gözüyaşlı ayıldım. Heç kəsə bala dərdi arzulamıram. Afaqın səsini, fəryadını eşitdim. Heç özümə gələ bilmirəm. Allah sənə səbr və güc versin. Amin".

Xatırladaq ki, teleaparıcının oğlu Qədirxan dünən Ankaradakı klinikaların birində dünyasını dəyişib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.