Şəhriyar Əbilov yeni imicdə

Day.Az представляет новость на азербайджанском языке

Aparıcı Şəhriyar Əbilov saçını kürən rəngə boyayıb. 

Axşam.az-a açıqlama verən aparıcı bunun səbəblərini açıqlayıb:

"Saçımı rol aldığım "Aktyor" filmi üçün bu rəngə boyadım. Hər zaman komediya obrazlarında olmuşam. Bu dəfə tamaşaçı məni dramatik bir rolda görəcək. Bu mənim həyatımda böyük dəyişiklik olacaq. Obrazım çox çətindir".

Ş.Əbilov bir müddət əvvəl açdığı kişi geyimləri mağazasından imtina etdiyini bildirib:
"İşimdə durğunluq var. Bu yaxınlarda adımı o işin üzərindən götürəcəm. İki-üç aydan sonra "Abilov" moda evi açacam. İşə başladım, amma komanda ürəyimcə olmadı. Adımı batırmaq istəmirəm".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.