Əməkdar artist: “Əsəblərim pozulub"

Day.Az представляет новость на азербайджанском языке.

Əsəblərim pozulub, beynim dayanmadan ağrıyır. 

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Naibə Allahverdiyeva səhhətində yaşadığı problemlərlə bağlı danışarkən deyib. Aktrisa səhhətindəki problemlərin ona səhnə fəaliyyətində də çətinlik yaratdığını bildirib:
 
"Bir müddətdir özümü heç yaxşı hiss etmirəm. Əsəblərim müəyyən səbəblərə görə pozulub, tez-tez başım ağrıyır. Mənə məsləhət bildilər ki, müalicə almaq üçün İrana gedim. Çox istəyirdim gedib müalicə alım, amma mümkün olmadı. Çünki mən getsəm, qızım burada tək qalacaq, ona görə gedə bilmədim. Seriala çəkilirdim, onu da dayandırmışam. İndi ancaq sağalmaq istəyirəm".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.