Oksana Rəsulovaya qarşı

Day.Az представляет новость на азербайджанском языке

Publika.az-ın məlumatına görə, Rəqqasə Oksana Rəsulova şəxsi həyatı haqda açıqlama verib. ATV telekanalında qonaq olarkən teleaparıcı Yusif Ağayev rəqqasənin reper Elşad Xose ilə ailə qurmasını pul yığmaq xatirinə atılmış bir addım kimi qiymətləndirib. Rəsulova isə üç dəfə uğursuz ailə həyatı qurmasının səbəbi kimi həyat təcrübəsinin olmamasını göstərib: "Yox, nə pul? Bilmirəm, kim pul yığıb. Mənə pul gəlməyib. Biz pula görə toy eləməmişdik. Bu, 4 il bundan əvvəl baş verib. Təcrübəsiz olmuşam, çox səhv addımlar atmışam. Mən anamın sözünə qulaq asmadım və böyürə-böyürə qaldım".

Bir neçə dəfə uğursuz ailə həyatı qurmasına baxmayaraq, rəqqasə özünü xoşbəxt hesab etdiyini bildirib: "Hamı bədbəxt olduğumu deyir. Mən isə çox xoşbəxtəm. Şükür ki, ailəm yanımdadır və canları sağdır. Mənim üçün xoşbəxtlik budur. Karyeramda yetərincə uğur qazanmışam. Şəxsi həyatıma qaldıqda, o qədər yanılmışam ki... Bu səbəbdən, şəxsi həyatımı bir kənara qoymuşam və ancaq karyeram barədə düşünürəm".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.