Aparıcı Nigar Camala elə atmaca atdı ki...

Day.Az представляет новость на азербайджанском языке

"Eurovision 2011" qalibi Nigar Camal "5-ci element" verilişinin qonağı olub. 

Axşam.az xəbər verir ki, müğənni şəxsi həyatından bəhs edib:

"Həyat yoldaşımdan boşanmışam. İkinci dəfə ərə gedə bilərəm".

N.Camal duet ortağı Eldar Qasımovdan danışaraq, onu ilk vaxtlar sevmədiyini etiraf edib:

"Biz Eldarla dost deyildik, ondan heç xoşum gəlmirdi. Ukraynada məşq edəndə deyirdilər ki, "Elə oynayın, tamaşaçı sevgili olduğunuza inansın". Mahnını ən az yüz min dəfə oxumuşam. Qalib olduqdan sonra bütün həyatım dəyişdi. Hərdən depressiyaya düşürdüm. Əvvəl deyirdim, "Kaş ulduz olardım. Onlar kimi həyat yaşayardım". Sonra nələrsə yazılanda, deyiləndə pis olurdum, ağlayırdım. İndi isə kim nə istəyir, yazsın, yorulmuşam cavab verməkdən".

Gərgin anların yaşandığı verilişdə aparıcılar ifaçıdan narazı qaldıqlarını deyərək, onun verilişi yola verdiyini bildiriblər. 

Sonra N.Camal onun üçün gətirilən torta: "Nə gündə tortdur", - deyə reaksiya göstərib.

Aparıcı Hüsniyyə Məhərrəmova isə: "Qonağımız necədirsə, tort da o gündədir", - cavabını verib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.
Aparıcı Nigar Camala atmaca atdı