Müğənni Vüqar toy tarixini açıqladı

Day.Az представляет новость на азербайджанском языке

Müğənni Vüqar Muradov toy tarixini açıqlayıb. 

Axşam.az-ın əməkdaşı ilə söhbətində ifaçı gələn ilin aprelində toy edəcəyini bildirib.

V.Muradov bir müddət əvvəl nişanlısı ilə yayılan fotolarından da bəhs edib:

"Gizli paparassi çəkib, "Vüqar bir qızla yaxalandı" sözləri yazılmaqdansa, özüm açıqlama verməyi üstün tutdum. "Bir qız" ifadəsini sevmirəm. Halal nişanlımdır, niyə gizlədim? İndiki zamanda nəyisə gizli saxlamaq olmur. Toyum mediaya qapalı olacaq".

V.Muradov ailəyə görə sənətdən getməyə belə hazır olduğunu bildirib: 

"Mən əmrlə qurulan ailəni sevmirəm. Münasibəti elə yaratmalısan ki, nəyin qadağa olmasını qarşı tərəf özü anlasın. Sevgi sözünün mənası ehtiras və hörmətdir.

Qarşılıqlı hörmət olduğu müddətdə gözəl ailə qurulacaq. Sevib evlənmək lazımdır. Onda hər şeyə dözəcəksən. Evdə arvad olsun, bozbaş bişirsin, uşaq dünyaya gətirsin xatirinə ailə olmur. Mənim üçün ailə sənətdən də önəmlidir. Gedib fəhlə işləyib, ailəmi saxlayaram. Təki xoşbəxt olum".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.