Röya Türkiyənin ən reytinqli radio verilişində keçmiş əri haqda danışdı

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanın sevilən ifaçısı Röya Ayxan artıq Türkiyədə də tanınmağa başlayıb. 

Big.az xəbər verir ki, ən reytinqli TV və radio verilişlərdə qonaq olan ifaçı Türkiyədə "Kesin bilgi" mahnısı ilə artıq damğasını vurub. Bu dəfə Türkiyənin "Radio on air"də İnfo Mertin qonağı olan Röya həm şəxsi həyatından, həm də ki Türkiyədə qazandığı uğurlardan danışıb. Bütün fanatlarına salam yollayan ulduz Türkiyədə öz repertuarından mahnılar ifa etməyib. Röya fanatlarından rica edib ki, ondan bir daha belə bir şey istəməsinlər: "Mən Türkiyədə "Kesin bilgi", "Gemiçilər", "Gönder" və b. hazır olacaq mahnılarım ilə tanınmaq istəyirəm. Türklər məni bu mahnılarıma görə sevib, bəyənəcəklər. Hardasa 5 ildən sonra mən burada öz repertuarımdan olan mahnıları ifa edə bilərəm".

"Kesin bilgi"nin yaranmasından danışan Röya qeyd edib: "Bundan öncə Gülşən mənə bir bəstə vermişdi, ancaq o qədər də ürəyimdən o mahnını ifa etmək gəlməmişdi. Bir gün saat 4-də gördüm Gülşən yazıb ki, çox gözəl bir əsər yazdım, yaratmağı bacardım. Saat 4-dən nə o, nə də ki mən yata bilmədik. Danışdıq, səhəri mən Türkiyəyə gəldim".

Aparıcının niyə məhz "Kesin bilgi" sualına tanınmış ifaçı belə cavab verib: "Mənim altı yaşlı oğlum var və mən ayrılmışam. Bu mahnıda özümü tapdım, duyğusal olaraq mənə çox yaxın gəldi. Sevə-sevə də ifa etdim".

Verilişdə olanları özünüz dinləyin.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.
Röya Anardan danışdı - Türkiyənin ən reytinqli radio verilişində