Tolik evlənməyə hazırlaşır

Day.Az представляет новость на азербайджанском языке.

"Evdəkilərə salam" verilişinin budəfəki buraxılışı "Xəzər" televiziyasının aparıcıları, ekiz bacılar Sevil Sevincin ata yurdunda lentə alınıb. 

Gece.az xəbər verir ki, çəkiliş heyəti bu səbəbdən Masallıya yollanıb. Çəkilişdə səbəkarlarla yanaşı prodüserləri Tolik və müğənni Əbdül Xalid də iştirak ediblər. 
Eyni zamanda Sevil və Sevincin nənəsi, əmiləri, dayıları verilişdə çəkilənlərə qoşulublar. Uşaqlıqlarından bu yana olan həyat yolundan danışan bacılar nənələrinin xeyir-dualarını alıblar.

Prodüser Tolik isə nənədən ona evlənmək üçün qız tapmasını istəyib. Bu barədə aparıcı Aytəkin Mərdanova danışıb:

"Tolik evlənmək və uşaq sahibi olmaq arzusunu bildirib. Bu səbəbdən nənədən ona qız tapmasını istədi. Tolik çalışdığı Sevil və Sevincdən razılıq edib". 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.