Gülay və Kamilin evlilik ildönümüdür

Day.Az представляет новость на азербайджанском языке.

Müğənni Gülay Zeynallı ilə idmançı Kamil Zeynallının evlilik ildönümüdür.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, cütlük ailə qurmasının 5 ilini qeyd edir. Sosial şəbəkədə toy fotosunu paylaşan Gülay yazıb:

"29 noyabr 2010-cu il - ailə qurduğumuz gün. Bu gün 5 ilimiz tamam olur. Allah hamının ailəsini qorusun. Bizim ailə də onun içində..."

Qeyd edək ki, Gülayla Kamilin Sahilə adlı 4 yaşlı bir qızı var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.