Beyaz Röyaya elə söz verdi ki...

Day.Az представляет новость на азербайджанском языке

Bir müddət əvvəl Türkiyənin məşhur verilişlərindən olan "Bəyaz şou"da qonaq olan müğənni Röya Ayxanın orada çıxışı geniş müzakirə olunmuşdu.

Müzakirəyə səbəb isə müğənniyə verilişdə çox az müddət verilməsi idi. Milli.Az xəbər verir ki, "Bəyaz şou"nun aparıcısı Beyazit Öztürk bu məsələ ilə bağlı qısa açıqlama verib.

Beyaz bildirib ki, aparıcılıq etdiyi verilişin formatı bu cürdür. "Əslində, Röya çox dəyərli sənətçidir. Sadəcə, verilişin formatı qısa olduğuna görə müğənniyə bu qədər vaxt verilmişdi.

Gələn dəfə Röyaya mütləq şəkildə daha çox vaxt veriləcək" - aparıcı deyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.
Məşhur türk aparıcısı Röyanın verilişindəki çıxışından danışdı