Vasif Məhərrəmli "od püskürdü"

Day.Az представляет новость на азербайджанском языке

ATV telekanalında canlı yayımlanan "10-dan sonra" verilişinə söz verib, lakin bu günkü efirinə  gəlməyən müğənni Vasif Məhərrəmli ATV.az-a bu barədə özəl açıqlama verib:

"Bəli, mən söz vermişdim ki, bu gün canlı efirə gələcəm və Nazimlə, Samirlə birgə efirdə olacam. Lakin Nazimin oxumağını, daha dogrusu oxumağı bacarmadığını bir daha görüb düşündüm ki, artıq ora gəlməyimə lüzum qalmadı. Mən demişdim ki, Nazimin səsi yoxdu və veriliş bir daha bunu sübut etdi! Görürsünüz, mən Samir Piriyev barədə belə deməmişdim və indi də demərəm. Sadəcə demişdim ki Samir  məndən kiçikdi. Samir düz deyir, biz mənim evimdə çörək də kəsmişik, mən Samiri 12-13 yaşından tanıyıram və onun nə səsi ilə, nə də özü ilə işim yoxdu! O ki, qaldı Nazimə, ona məsləhət görərdim müğənniliyi atıb getsin sirkdə janqlyorluq etsin. Veriliş göstərdi ki, o bunu çox gözəl baçarır! Sirkin rəhbərliyindən də şəxsən özüm xahiş edərəm ki, onu "ştata"  götürsünlər. Onun özünə isə sizin sayt vasitəsi ilə bir-iki kəlmə söz demək istərdim.

Nazim, sən Razi Şükürovdan, Tələt Qasımovdan, Hacıbaba Hüseynovdan danışırdın. Sən özün onların repertuarından nəsə oxuya bilərsənmi? Onlar hamısı  digər ustadımız Zülfü Adıgözəlovla birgə "baritonalnı tenor" olublar, yəni baritona yaxın tenor səsinə malik idilər.

Hacıbaba Hüseynov "Rast"da əraq və pəncigah oxuyub. Nazim, oxuya bilərsən? Razi Şükürov "Mənsuriyyə"də "Xaric" seygah oxuyub. Hətta onu oxuya-oxuya başa salırdı ki, nə oxuyur.Tələt Qasımov "Haşım" seygahı sol pərdəsi ilə ifa edirdi. Nazim, oxuya bilərsən bunları? Nə mən, nə Nazim, nə də bizim nəsildən olan müğənnilər onların atılan dırnağı da deyilik.  Nazim, "janqlyorluq" etmək lazım deyil, oxumaq lazımdı!"

Xatırladaq ki, ötən bazar ertəsi Vasif Məhərrəmli "10dan sonra" verilişində qonaq olarkən, həmkarları Faytonçu Nazim və Samir Piriyev barədə sərt ifadələr səsləndirmiş və bu gün fikirlərini sübut etmək üçün canlı efirə onlarla birgə gəlməyinə söz vermişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.