Müğənni Afaq müflis oldu

Day.Az представляет новость на азербайджанском языке:

Azərbaycanlı müğənni Afaq Aslan müflis olub.

Milli.Az gün.az-a istinadən bildirir ki, devalvasiyaya görə bir neçə ay öncə açdığı çay evini bağlamalı olub.

"Dolların məzənnəsinin qalxması mənə də təsirsiz ötüşmədi.

Özümə yeni biznes qurmuşdum. İstəyirdim ki, əlavə gəlir yerim olsun. Amma  dolların məzənnəsi qalxdı, gördüm ki, bu iş mənlik deyil. Açdığım çay evini də bağladım. Həmin məkana təxminən 87 min manat pul xərcləmişdim. Hətta borcuma görə bir neçə gün öncə avtomobilimi də satdım.

Bir sözlə, bankrot oldum. Bunu deməkdən çəkinmirəm. Bu hal hamının başına gələ bilər. Sadəcə, bəziləri elə fikirləşir ki, Afaqın milyonları var. Artıq ağzıgöyçəklər məndən gözlərini çəksinlər, rahatlaşsınlar" - deyə müğənni qeyd edib.

A.Aslan onu da əlavə edib ki, biznesinin çökməsi onun fevral ayında təqdim edəcəyi layihəsini də təxirə salıb:

"Türkiyədə bir şirkətlə kontrakt imzalayıb, bütün detalları danışmışdıq. Hətta pulun yarı hissəsini də ödəmişdim. Devalvasiyadan sonra prodüserim həmin şirkətlə əlaqə saxladı və onlara layihədən imtina etdiyimi açıqladı".

Qeyd edək ki, A.Aslan 2015-ci il oktyabrın 9-da restoranın açılışını etmilşdi. Açılışa şou-biznesin bir çox tanınmış simaları da dəvət olunmuşdu.