Türkiyədə keçirilmiş Xocalı aksiyalarında ASAIF-çilər fəal iştirak ediblər

Day.Az представляет новость на азербайджанском языке.


Istanbulda Xocalı soyqırmı ılə bağlı anım yürüşü keçirilib.

Day.Az-ın ASAİF-press-in məlumatına istinadən verdiyi xəbərə görə, aksiyada 1000 dən çox adam iştirak edib. Aksiya Istanbuldakı Azərbaycan təşiılatları, Turan ocakları təşkilatı, Azərbaycan konsulluğunun dəstəyi ilə baş tutub. Yuruşdə ASAIF-çilər də fəal olaraq iştirak ediblər, Xüsusi hazırlanmış köynəklərlə qatılan tələbələrimiz aksiyada xüsusi fərqləniblər.Xeyli sayda yerli əhalinin qatıldığı aksiyada iştirakçılara Xocalı ilə bağlı ətraflı məlumatlar verilib.

İzmirdə təhsil alan Azərbaycanlı tələbələr ermənilərin törətdikləri Xocalı Soyqırımını anmaq üçün İzmirin Cumhuriyyət Meydanı'nda toplandılar. Tədbirdən öncə təşkilatçılardan Vüsal Bağırzadə, Nicat Qasım, Turana Asgerova ASAIF fəalları Ramin Cəfərov və Ruslan Aslanov birlikdə yerli mətbuata acıqlama vermişlər.

Bəzi yaşlıların da dəstək verdiyi təxmini 300 nəfərlik grupdakılar, bədənləri ilə meydandakı yerə soyqırımın yaşandığı yerin adı olan 'Xocalı' yazdılar. Türk və Azərbaycan milli himnlərini oxuduqdan sonra yerə yatan grupdakılar ölümü canlandırdılar. Üzərlərinə, Azərbaycan bayrağının rənkləri olan mavi, qırmızı və yaşıl rəngli, "Xocalı Soyqırımına Ədalət" yazılan köynəkləri geyinən tələbələr, "Xocalıya Ədalət" , "Xocalı qətliamı Soyqırım kimi tanınsın, "İki Dövlət Bir Millət Azərbaycan - Türkiyə", "Qarabağ, bizimdir bizim olacaq" şüarları səsləndirdilər, 3.000 nəfərə Xocalını Soyqırımı ilə bağlı bukletlər payladılar.

Anakara Azərbaycan Türkiyə Məzunlar Birliyi təşkil etdiyi aksiyada da ASAIF fəalları xüsusi hazırlanmış köynəklərlə, plakatlarla iştirak ediblər. Aksiyada Azərbaycanlı tələbələr və məzunlarla yanaşı türkiyəli gənclərdə fəal olmuşlar.

Samsunda Ondoqquz Mayıs Universitetində ASAIF fəalları təşkilatçılığı ilə konfrans keçirilmişdir. Universitetin müəllim heyyəti və tələbələrin qatıldığı Xocalı soyqırımı haqqında məlumat verilmiş, ermənilərin Azərbaycanlıların başına gətirmiş faciə foto sərgilərdə nümayiş olunmuşdur.