Qız qalasının təmiri nə vaxt bitəcək? Day.Az представляет новость на азербайджанском языке.

Qalanın bərpa işləri Avstriyanın "Atelier Erich Pummer" şirkəti tərəfindən aparılır. Qeyd edək ki, qalanın təmir və bərpasına dövlət büdcəsindən 2,5 milyon manat ayrılsa da, 2013-cü ildə başa çatdırılması planlaşdırılan işlərdə durğunluq müşahidə olunur.

"Atelier Erich Pummer" şirkətinin mühəndisi Çingiz Neymanzadə "Ekspress"ə bildirib ki, işlər havalar soyuq keçdiyi üçün dayandırılıb. "Havanın temperaturu 5 dərəcə və ondan aşağı olduğu zaman işləmək məqsədəuyğun deyil. Bu səbəbdən dekabrın ortasından bayır işləri görülmür. Qalanın içəri hissəsində isə konservasiya işlərinə başlamışıq, hazırda işlər davam edir. Martın 15-dən isə yenidən fasad işlərinə başlanılacaq".

Ç.Neymanzadənin sözlərinə görə, 2-3 ay ərzində qalanın əsas hissəsinin konservasiyası başa çatacaq. Sonra qalanın arxa hissəsində bərpa işlərinə başlanılacaq. O, ümumi konservasiya işlərinin bu ilin sonuna yekunlaşacağını güman edir.

/Ekspress/