Bürclər analıq haqqında nə deyir?

Day.Az представляет статью на азербайджанском языке.

Qoç:

Uşaqla uşaq olan, yaradıcı bir anadır. Mükəmməl bir oyun dostudur. Cəza vermək istəsə də hirsini tez unudur.

Buğa:

Uşaqları böyüdükçə yarı ciddi, yarı sevimli olsa da bu analar şəfqətli və qoruyucudur. İllər içində uşaqlar üçün yaxşı bir dost olacaqdır.

Əkizlər:

Uşaqlarını çox sevsələrdə, sərbəstliyinin onlar tərəfindən əlindən alınmasına yol verməz. Uşaqları da onu nümünə götürüb, azadlıqlarına hədsiz vurğun olan insan kimi böyüyərlər.

Xərçəng:

Fədəkar bir ana. Uşaqları üçün dəridən-qabıqdan çıxar və güvənilcək bir sığınacaqdır. Bu da uşağın ətraf aləmə uyumunu çətinləşdirə bilər.

Şir:

Öz həyatını yaşamaqdan heç vaxt vaz keçməz. İş və uşaq prinsipini qurar. Uşaqları ilə dost olar, oyunlar oynayar, ancaq söz eşitməyi də öyrədər.

Qız:

Çox tezliklə uşaq sahibi olmaz. Amma ana olduğu zaman ciddi və intizamlı olar. Uşaqları ona güvənir və onları sevdiyini bilir.

Tərəzi:

Onun üçün uşaqları həyat yoldaşından sonra gelir, amma çox sevimli və şəfqətli bir anadır. lazım olanda sərtdir. Uşaqları həyat yoldaşının sözünü eşitməzsə çox hirslənər.

Əqrəb:

Uşaqlarını sevsə də sevgilərini göstərməyə bilir. uşaqalrının Yüksək hədəflərinin olmasını istəyər, amma onların qüsurlarını da görmək istəmir.

Oxatan:

Uşaqları üçün çox yaxşı dostdur. Uşaqların özü kimi doğru və pozitiv ruhda böyüdər.

Oğlaq:

Uşaqları ilə çox maraqlanar. Onların hər sözünə qulaq asar. Uşaqlarının sərbəstliyinə çox qarışar.

Dolça:

Özünü kiçik bir insana həsr etmək ağır gələ bilər. Sevgi göstərişləri edən bir ana deyil. Ancaq uşaqlarına kömək edən, əyləncəli bir insandır.

Balıqlar:

Uşaq vaxtlarında məhrum qaldığı hər bir şeyə onların sahib olmasını istəyər. Həddən artıq mülayim olması nizam-intizam qurmasına mane ola bilər.

Sia.az